QR CodeQR Code

Allahşükür Paşazadə məktəblərdə hicabla bağlı problemləri qətiyyətlə pislədi

yenisharq , 11 Dec 2010 14:54

Islamtimes - "Hicabın örtülüb-örtülməsini yox, məktəbli formasında hansı şəkildə örtülməsini müzakirə etmək olar"


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə son vaxtlar bəzi məktəblərdə yar alan hicab məsələsilə bağlı mövqeyini "Turan"a ifadə edərkən bildirib: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır”.
Şeyxülislam Allahşükür Paşazadə hicabın dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirib. Allahşükür Paşazadə ana və nənələrin baş örtüsündə olması ənənəsini xatırladaraq, baş örtüsünün həm də milli bir ənənə olduğunu önə çəkib.
Hazırda bu problemin bütün təhsil sistemində yox, bəzi orta məktəblərdə yaşanmasına toxunan şeyxülislam bu məsələnin bu məktəblərdə də müsbət həllini tapacağına ümidvar olduğunu ifadə edib.
Şeyxülislamın fikrincə, hicab kiminsə inanclı, kiminsə inancız olmasının göstəricisi deyil, sadəcə olaraq fərd olaraq insanın belə görünmək istəməsinin təzahürüdür. Şeyx, hicabın dövlət qanunları ilə dəstəkləndiyinə də vurğu edərək, qanunlarımızın bunu təmin etməsinə diqqət çəkdi: “Bu, bir insan haqqıdır və belə görünməklə özünü rahat hiss edirsə, buna mane olmaq lazım deyil”, deyə Allahşükür Paşazadə qeyd edib.

"Turan"


Story Code: 46571

News Link :
https://www.islamtimes.org/az/news/46571/allahşükür-paşazadə-məktəblərdə-hicabla-bağlı-problemləri-qətiyyətlə-pislədi

Islam Times
  https://www.islamtimes.org