QR CodeQR Code

Baş nazir parçalanan fəhləyə görə xalqdan üzr istədi

20 Jun 2015 14:59

IslamTimes - Tiflisdə sel gəlməsi ilə heyvanxanadan qaçan vəhşi heyvanlar güllələnir.


"Sizinyol" CNN-ə istinadən xəbər verir ki, Tiflis polisi 43 yaşlı kişini parçalayan ağ bəbiri güllələyib.
Bəbir 43 yaşlı kişini şəhərin mərkəzindəki anbarda parçalayıb. Ölən fəhlənin kimliyi ilə bağlı ətraflı məlumat verilməyib. 
Heyvanxana məsulları isə hələ də bir ağ bəbirdən heç bir xəbərləri olmadıqlarını bildiriblər. Bu bəbrin sağ olma ehtimalı şəhər əhalisini hələ də təşviş içində saxlayır.
Bundan öncə baş nazir İrakli Qaribaşvili demişdi ki, təhlükə aradan qalxıb və bütün vəhşi heyvanlar öldürülüb. Daha sonra isə xalqdan  bu yanlış məlumata görə üzr istəyib və bildirib ki, yanlış məlumata heyvanxana işçiləri səbəb olub. Onlar heyvanların sayını düzgün açıqlamayıblar.


Story Code: 467936

News Link :
https://www.islamtimes.org/az/news/467936/baş-nazir-parçalanan-fəhləyə-görə-xalqdan-üzr-istədi

Islam Times
  https://www.islamtimes.org