0
Saturday 20 June 2015 - 14:59

Baş nazir parçalanan fəhləyə görə xalqdan üzr istədi

Story Code : 467936
Baş nazir parçalanan fəhləyə görə xalqdan üzr istədi
"Sizinyol" CNN-ə istinadən xəbər verir ki, Tiflis polisi 43 yaşlı kişini parçalayan ağ bəbiri güllələyib.
Bəbir 43 yaşlı kişini şəhərin mərkəzindəki anbarda parçalayıb. Ölən fəhlənin kimliyi ilə bağlı ətraflı məlumat verilməyib. 
Heyvanxana məsulları isə hələ də bir ağ bəbirdən heç bir xəbərləri olmadıqlarını bildiriblər. Bu bəbrin sağ olma ehtimalı şəhər əhalisini hələ də təşviş içində saxlayır.
Bundan öncə baş nazir İrakli Qaribaşvili demişdi ki, təhlükə aradan qalxıb və bütün vəhşi heyvanlar öldürülüb. Daha sonra isə xalqdan  bu yanlış məlumata görə üzr istəyib və bildirib ki, yanlış məlumata heyvanxana işçiləri səbəb olub. Onlar heyvanların sayını düzgün açıqlamayıblar.
Comment