QR CodeQR Code

Xanım müxbirlərimiz hicaba qadağaya etiraz edirlər

15 Dec 2010 01:58

IslamTimes - Jurnalist xanımlar məktəblərdə hicab qadağasına etiraz olaraq işə hicabla gəliblər.


“Yeni Müsavat” qəzetinin xanım əməkdaşları Təhsil Nazirliyinin orta məktəblərdə hicaba qarşı qoyduğu qadağaya etiraz əlaməti olaraq aksiya keçiriblər.
Qadın müxbirlər və texniki işçilər birlikdə səhər tezdən işə gələrkən birlikdə hicab taxıblar. Xanımlar bir gün işə hicabla gəlməklə orta məktəbə hicabla buraxılmayan şagird və valideynlərin hüquqlarının pozulmasına qarşı çıxır və onların haqlarının tezliklə bərpa olunmasını istəyirlər. Xatırladaq ki, son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla dərsə gələn şagirdlər geri qaytarılır və onlara bildirilir ki, xüsusi qaydada müəyyən olunmuş məktəbli formasında dərsə gəlməlidirlər. Dindarlar isə bunun hüquq pozuntusu olduğunu bildirir. /Yeni Müsavat/


Story Code: 46923

News Link :
https://www.islamtimes.org/az/news/46923/xanım-müxbirlərimiz-hicaba-qadağaya-etiraz-edirlər

Islam Times
  https://www.islamtimes.org