QR CodeQR Code

Gəncədə izdihamlı Aşura mərasimləri keçirilib

16 Dec 2010 21:36

IslamTimes - Əhli-Beyt (ə) vətəni olan Azərbaycanın hər yerində İmam Hüseyn (ə) və onun məsləkdaşlarının başına gətirilən müsibətlərlə əlaqədar olaraq yas mərasimləri davam edir.


Redaksiyamıza daxil olan məlumata görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə izdihamlı Aşura mərasimləri keçirilib. Şəhərin müxtəlif yerlərində əzadarlıq məclisləri təşkil olunsa da, əsas tədbir müsəlmanların beşinci imamı İmam Muhəmməd Baqirin (ə) oğlu Şahzadə İbrahimin (ə) məzarının olduğu "İmamzadə" ziyarətgahında keçirilib. Şəhərin müxtəlif yerlərindən ziyarətgaha dünən gecədən yürüşlər təşkil olunub. Ən böyük yürüşlərdən biri "Qazaxlar" məscidindən ziyarətgaha qədər keçirilib. Bu yürüşdə minlərlə insan iştirak edib.
Gəncədə keçirilən Tasua-Aşura yürüşlərində ölkə ilahiyyatçılarının müraciətini əsas tutaraq, hicabla bağlı şüarlar səsləndirilməmişdir. /Deyerler/ 


Story Code: 47066

News Link :
https://www.islamtimes.org/az/news/47066/gəncədə-izdihamlı-aşura-mərasimləri-keçirilib

Islam Times
  https://www.islamtimes.org