QR CodeQR Code

Suriya kürdlərindən Türkiyəyə xəbərdarlıq: Müdaxiləniz cavabsız qalmayacaq

2 Jul 2015 07:12

IslamTimes - PKK-nın Suriyadakı qolu Türkiyəyə xəbərdarlıq edərək, istənilən hücumu dəf etməyə hazır olduqlarını bildirib.


Dünən Suriya kürdələrinin əsas partiyası olan Demokratik Birlik Partiyası (PYD) bəyanat verərək, Suriyanın şimalına təhlükəsiz zona adı altında istənilən “təcavüzə” müqavimət göstərməyə hazır olduqlarını qeyd edib.
"Rojavaya istənilən hərbi müdaxilə yerli, regional və beynəlxalq təsirini göstərəcək və Suriya və Yaxın Şərqdə siyasi vəziyyəti mürəkkəbləşdirəcək, eləcə də beynəlxalq təhlükəsizliyi,  sülhü təhlükəyə atmasına öz töhvəsini verəcəkdir" ifadəsi PYD-nin bəyanatda qeyd olunub.
Suriyadakı kürdlər Türkiyənin sərhəddində müstəqil dövlət yaratmaq niyyətlərinin olmadığını qeyd edərək, öz qonşuları ilə yaxşı münasibətlərdə olmaq istədiklərini bildiriblər./deyerler/


Story Code: 470868

News Link :
https://www.islamtimes.org/az/news/470868/suriya-kürdlərindən-türkiyəyə-xəbərdarlıq-müdaxiləniz-cavabsız-qalmayacaq

Islam Times
  https://www.islamtimes.org