QR CodeQR Code

Misir qarışdı: Polis bir neçə "Müsəlman qardaşları" liderlərini öldürdü, təşkilat üsyana çağırdı

2 Jul 2015 07:31

IslamTimes - Misir təhlükəsizlik qüvvələri Qahirənin qərbindəki şəhərətrafı məntəqəsində bir binaya təşkil etdikləri əməliyyatda, silahlı olduğu iddia olunan doqquz nəfər öldürüblər.


Polis əməliyyat nəticəsində qarşıdurmanın baş verdiyini iddia etsə də, öldürülənlərin yaxınları heç bir polis işçisinin yaralanmadığını və öldürülənlərin hamısının isə silahsız olduğunu bildiriblər. Ölən 9 doqquz nəfərin hamısının Müsəlman Qardaşları Təşkilatının liderlərindən olduğu qeyd olunur. Polisin öldürdüyü şəxslər arasında Müsəlman Qardaşları Təşkilatının çox tanınmış bir vəkili və eyni zamanda sabiq deputat Nasir Əl-Hafi də var.
Bu arada Müsəlman Qardaşlar Təşkilatı bəyanat verərək Qahirədəki mənzildə təşkilatın rəhbərlərindən bir neçəsinin öldürülməsilə əlaqədar xalqı Misir prezidenti Əbdül Fəttah Əs-Sisiyə qarşı üsyana çağırıb.


Story Code: 470873

News Link :
https://www.islamtimes.org/az/news/470873/misir-qarışdı-polis-bir-neçə-müsəlman-qardaşları-liderlərini-öldürdü-təşkilat-üsyana-çağırdı

Islam Times
  https://www.islamtimes.org