QR CodeQR Code

Cəlilabad əhalisinin möhtəşəm etiraz aksiyası

17 Dec 2010 16:50

IslamTimes - Cəlilabadda minlərlə insan "Misir kafir oldu, Allaha düşmən oldu", "Allahu-Əkbər" və "Hicaba azadlıq" kimi şüarlar səsləndiriblər.


"İslamTimes"-in Cəlilabad rayonundakı müxbirinin verdiyi məlumata əsasən, ötən gün, Aşura mərasimində iştirak etmək üçün came məscidinə toplaşmış minlərlə Cəlilabad sakini, məktəblərdəki hicab qadağasına qarşı çıxıblar. İlk dəfədir ki, rayonda Aşura mərasimi bu qədər izdihamla keçirilir. 
Rayon əhalisi, dövlətdən hicab qadağasının tezliklə aradan qaldırılmasını tələb ediblər. Onlar imam Hüseynin dinə görə canından keçdiyini xatırladaraq deyiblər: "Bizim imamımız dinə görə canından keçdi. Peyğəmbər (s) ən şərəfli ölümün din yolunda ölüm olduğunu bildirir. Bizim də dindən başqa bir şeyimiz yoxdur. Lazım gələrsə, inanclarımız yolunda canımızdan da keçəcəyik! Dəyərləri qorumaq üçün qurban tələb olunur!"
Nəzərinizə çatdıraq ki, Cəlilabad came məscidinə toplaşmış minlərlə insan "Misir kafir oldu, Allaha düşmən oldu", "Allahu-Əkbər" və "Hicaba azadlıq" kimi şüarlar səsləndiriblər.


Story Code: 47137

News Link :
https://www.islamtimes.org/az/news/47137/cəlilabad-əhalisinin-möhtəşəm-etiraz-aksiyası

Islam Times
  https://www.islamtimes.org