QR CodeQR Code

Moskva milisi 1200 nəfəri saxlayıb

19 Dec 2010 16:48

IslamTimes - Moskva polisi ötən gün 1200 nəfəri saxlayıb. Bu barədə məlumat "İnterfaks" agentliyi yerli hüquq mühafizə orqanlarına istinadən yayıb.


Məlumata görə, saat 09:00-dan 21:00-a kimi razılaşdırılmamış aksiyaların keçirilməsinin, ictimai asayişi və təhlükəsizliyin pozulmasının qarşısını almaq məsqədilə daxili işlər bölmələrinə 1192 nəfər gətirilib. Onlar əsasən Manej, Avropa meydanları, "Ostankino" bölgəsində, eləcədə metropolitendə saxlanılıblar. Saxlanılanlardan 11 travmatik, 2 pnevmatik tapança, 21 bıçaq, fişəng və qaz balonları götürülüb.
Qeyd edək ki, bundan öncə Moskva Şəhər Daxili İşlər İdarəsinindən 500 nəfərin saxlandığı bildirilirdi. Onların əksəriyyəti məktəblərin yuxarı sinif şagirdləri olublar.
Hüquq mühafizə orqanlarından bildirib ki, kütləvi iğtişaşlar təhlükəsi ilə bağlı gücləndirilmiş tədbirlər paytaxtda bu gün axşama kimi davam edəcək. /ANS/


Story Code: 47360

News Link :
https://www.islamtimes.org/az/news/47360/moskva-milisi-1200-nəfəri-saxlayıb

Islam Times
  https://www.islamtimes.org