QR CodeQR Code

Suriyada əməliyyat zamanı azərbaycanlı terrorçu öldürüldü

Faktxeber , 17 Jul 2015 06:38

Islamtimes - Dəməşqin Deyr Hubbiyə ərazisində «Əhrarül-Şam»ın səhra komandiri Ramiz Əbu Hişam da daxil olmaqla bir çox terrorçular məhv edilib. Onun azərbaycanlı olduğu bildirilir.


Fakt Xəbər-in verdiyi məlumata görə, Suriya Silahlı Qüvvələri bir sıra şəhərlərdə keçirdikləri əməliyyat nəticəsində çoxsaylı terrorist məhv ediblər. Qeyd edək ki, terrorçuların arasında çoxsaylı xaricilər olub.

Rəsmi məlumata görə, Hələbin Hanasır bölgəsinə əməliyyat vaxtı aralarında «Əbu Muhəmməd Əl-çeçen»in də olduğu bir çox terrorçu öldürülüb.

Bundan əlavə, Dəməşqin Deyr Hubbiyə ərazisində «Əhrarül-Şam»ın səhra komandiri Ramiz Əbu Hişam da daxil olmaqla bir çox terrorçular məhv edilib. Onun azərbaycanlı olduğu bildirilir.

Həmçinin iordaniyalı universitet tələbəsi Muhanned əl Dubbai də Suriyada Nusra Cəbhəsi sıralarında terror aktlarına qatılarkən ordu birlikləri tərəfindən öldürülüb. Beləliklə, Suriyada terror zamanı öldürülən iordaniyalı terrorçuların sayı 421 nəfə oldu.


Story Code: 474350

News Link :
https://www.islamtimes.org/az/news/474350/suriyada-əməliyyat-zamanı-azərbaycanlı-terrorçu-öldürüldü

Islam Times
  https://www.islamtimes.org