0
Friday 17 July 2015 - 06:38

Suriyada əməliyyat zamanı azərbaycanlı terrorçu öldürüldü

Story Code : 474350
Suriyada əməliyyat zamanı azərbaycanlı terrorçu öldürüldü
Fakt Xəbər-in verdiyi məlumata görə, Suriya Silahlı Qüvvələri bir sıra şəhərlərdə keçirdikləri əməliyyat nəticəsində çoxsaylı terrorist məhv ediblər. Qeyd edək ki, terrorçuların arasında çoxsaylı xaricilər olub.

Rəsmi məlumata görə, Hələbin Hanasır bölgəsinə əməliyyat vaxtı aralarında «Əbu Muhəmməd Əl-çeçen»in də olduğu bir çox terrorçu öldürülüb.

Bundan əlavə, Dəməşqin Deyr Hubbiyə ərazisində «Əhrarül-Şam»ın səhra komandiri Ramiz Əbu Hişam da daxil olmaqla bir çox terrorçular məhv edilib. Onun azərbaycanlı olduğu bildirilir.

Həmçinin iordaniyalı universitet tələbəsi Muhanned əl Dubbai də Suriyada Nusra Cəbhəsi sıralarında terror aktlarına qatılarkən ordu birlikləri tərəfindən öldürülüb. Beləliklə, Suriyada terror zamanı öldürülən iordaniyalı terrorçuların sayı 421 nəfə oldu.
Source : Faktxeber
Comment