QR CodeQR Code

ERMƏNİSTAN S-300-ə SAHİB OLDUĞUNU RƏSMƏN AÇIQLADI

faktxeber , 21 Dec 2010 17:30

İslamtimes - Seyran Ohanyan raketdən müdafiə sistemi təsislərində olub


Ermənistan rəsmi olaraq ilk dəfə, dünyanın ən təsirli müdafiə sistemlərindən biri olaraq qəbul edilən S-300 raketdən müdafiə sisteminə sahib olduğunu açıqlayıb. Fakteber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, “qeyri-müəyyənlik siyasət”ini seçən Ermənistan S-300-ə sahib olduqıarını rəsmən açıqlayıb.

Ermənistan Azadlıq Radiosunun xəbərinə görə, müdafiə naziri Seyran Ohanyan həftə sonu Ermənistana aid raketdən müdafiə sistemi təsislərində araşdırmalar aparıb. 200 kilometr mənzilli S-300 raketləri 1990-cı illərin sonlarında Moskva-İrəvan birgə təhlükəsizlik sazişindən sonra Ermənistanda yerləşdirilib.

Ermənistan müdafiə nazirliyinin sözcüsü Davit Karapetyan, Ohanyanın həftə sonunda S-300 raketdən müdafiə sistemi təsislərində yoxlama apardığını təsdiqləyib.Bu zenit-raket komplekslərinin sayını açıqlamaqdan imtina edən Karapetyan erməni silahlı qüvvələrinin 2005-ci ildən başlayaraq bu sistem üzrə təlim keçməyə başladıqlarını bildirib.

Analitiklərin fikirinə görə, Ermənistanın məhz indi S-300 sahib olduğnu açıqlaması Azərbaycan vəTürkiyə arasında imzalanması planlaşdırılan starteji tərəfdaşlıq müqaviləsi gündəmə gəlməsinə görədir.



Emin Nəsirli


Story Code: 47559

News Link :
https://www.islamtimes.org/az/news/47559/ermənistan-s-300-ə-sahib-olduğunu-rəsmən-açiqladi

Islam Times
  https://www.islamtimes.org