QR CodeQR Code

Rusiya Qazaxıstana raket atdı: hədəf məhv edildi

Nur.az , 23 Aug 2015 16:41

İslamtimes - Rusiya Həştərxan şəhərində qitələrarası ballistik raket sınağı keçirib.


Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada “RS-12М Topol” raketinin uğurla sınaqdan çıxdığı bildirilib:

“Ballistik raketin sınağı “Kapustin yar” poliqonunda baş tutub. Atılan raket Qazaxıstanın “Sarı-Şaqan” poliqonundakı hədəfi dəqiqliklə məhv edib”.

Təxminən 45 ton ağırlığında olan “RS-12М Topol” qitələrarası ballistik raketi 10 min kilometr mənzilli döyüş başlığı daşıya bilir.


Story Code: 481521

News Link :
https://www.islamtimes.org/az/news/481521/rusiya-qazaxıstana-raket-atdı-hədəf-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org