QR CodeQR Code

"İran yalnız S-300 komplekslərinin ixrac olunmasından sonra Rusiyaya qarşı qaldırdığı iddiadan imtina edəcək"

Deyerler , 27 Aug 2015 13:45

Islamtimes - İran və Rusiya S-300 zenit-raket komplekslərinin ixrac edilməsinə dair danışıqları davam etdirirlər.


Deyerler.org-un "İtar-tass"a istinadən verdiyi xəbərə görə, hal-hazırda İran və Rusiya rəsmi Tehranın S-300 zenit-raket komplekslərinin 2007-ci ildə ixrac olunmamasına dair qaldırdığı təzminat iddiasına dair razılaşma əldə edə bilməyiblər.

"Müzakirələr hələ də davam edir. Yekun razılaşma hələ ki, əldə olunmayıb. İrana tərəfi S-300 zenit-raket kompleksləri ixrac edəndən sonra təzminat iddiasının ləğv edilməsini təklif edir. Rusiya isə təzminat iddiasının raket komplekslərinin ixrac olunmamasından əvvəl ləğv edilməsinə təkid edir", - deyə diplomatik mənbənin verdiyi məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya 2007-ci ildə S-300 zenit-raket komplekslərini ixrac etməkdən imtina etmişdi. Bunun müqabilində İran məhkəmədə Rusiya qarşı təzminat iddiası qaldırmışdı.


Story Code: 482335

News Link :
https://www.islamtimes.org/az/news/482335/iran-yalnız-s-300-komplekslərinin-ixrac-olunmasından-sonra-rusiyaya-qarşı-qaldırdığı-iddiadan-imtina-edəcək

Islam Times
  https://www.islamtimes.org