QR CodeQR Code

Ayətullah Nuri Həmədani hicab qadağası haqda

28 Dec 2010 02:07

IslamTimes - "Hər bir müsəlmana da vacibdir ki, hicabı hifz etmək üçün səy və müqavimət etsin!”


Azərbaycanda orta məktəblərdə tətbiq olunan hicab qadağası artıq dünya səviyyəsində müzakirə olunmaqdadır.
İslam-Azeri.az İnternet qəzetinin “Farsnyus”a istinadən verdiyi xəbərə görə, bu mövzu ilə əlaqədar Azərbaycandan bir qrup dindar İslam aləminin böyük mərcei təqlid müctehidlərindən olan Ayətullah Nuri Həmədanidən münasibət öyrəniblər.
Ayətullah Nuri Həmədani hicabın İslamın atributlarından olduğunu önə çəkərək deyib: “Bu mövzu ki, sual etmisiniz bu layihə İslam dini ilə düşmən olan qərb dövlətlərinin layihəsidir. Hicab Allahın vacibi hökmlərindəndir ki, bundan onlar qorxurlar.
Ümidvariq ki, müsəlman dövləti olan Azərbaycan, müsəlmanların narahatçılığına xoşməramla cavab verəcək. Və hər bir müsəlmana da vacibdir ki, hicabı hifz etmək üçün səy və müqavimət etsin!”


Story Code: 48274

News Link :
https://www.islamtimes.org/az/news/48274/ayətullah-nuri-həmədani-hicab-qadağası-haqda

Islam Times
  https://www.islamtimes.org