QR CodeQR Code

ABŞ və Venesuela arasında diplomatik böhran

31 Dec 2010 08:48

IslamTimes - Çaves ABŞ səfirinin ölkəyə girməsinə icazə verməyib, Vaşinqton isə Venesuela səfirinin vizasını ləğv edib


ABŞ və Venesuela arasında diplomatik gərginlik artır.
Böhran Venesuela prezidenti Uqo Çavesin Vaşinqtonun Karakas səfirliyinə təyin edilən Larri Palmerin ölkəyə girməsinə izin verməməsi ilə başlayıb.
Çaves xalqa müraciətində "Palmeri ölkəmə soxmadığım üçün Vaşinqton bizə cavab verəcəkmiş. Görək, neynəyəcəklər" deyib. Ağ Ev isə Venesuelanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib.
Venesuelanın Vaşinqtondakı səfiri Bernardo Alvares Herreranın vizasının ləğv edildiyi açıqlanıb. Səfirin başqa bir ölkədə səfərdə olduğu və bir daha Amerikaya qayıtmayacağı vurğulanıb.


Story Code: 48608

News Link :
https://www.islamtimes.org/az/news/48608/abş-və-venesuela-arasında-diplomatik-böhran

Islam Times
  https://www.islamtimes.org