QR CodeQR Code

Ukraynanın Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərarı qüvvəyə minib

Apa , 22 Sep 2015 12:58

İslamtimes - Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiyaya qarşı sanksiyaların tətbiqi haqqında fərmanı qüvvəyə minib.


APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, fərmanda fiziki şəxslərlə bağlı siyahıya müəyyən dəyişikliklər edilib. Sənəddə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fiziki şəxslərə qarşı xüsusi iqtisadi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, o cümlədən fiziki şəxslərlə bağlı siyahıya dəyişikliyin edilməsi təsdiq edilir. Siyahıdan 6 avropalı jurnalistin adı çıxarılıb.

Son fərmana əsasən rəsmi Kiyev tərəfindən sanksiya tətbiq edilən fiziki şəxslərin sayı 382, hüquqi şəxslərin sayı isə 105 nəfər olub. Sanksiyalar ölkəyə səfər, mülkiyyətə həbs qoyulması kimi məhdudiyyətləri əks etdirir və bir il qüvvədə qalacaq.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.


Story Code: 486901

News Link :
https://www.islamtimes.org/az/news/486901/ukraynanın-rusiyaya-qarşı-sanksiyaların-tətbiqi-barədə-qərarı-qüvvəyə-minib

Islam Times
  https://www.islamtimes.org