QR CodeQR Code

ABŞ Rusiya ilə müharibəyə hazırlaşır

27 Sep 2015 08:32

IslamTimes - ABŞ Rusiya ilə hibrid savaşına hazırlaşır.


Bu barədə məlumatı "Doyç Virtşafts Naxrixten" qəzeti yayıb. Bildirilir ki, ABŞ Rusiya ilə Baltik ölkələrində baş verə biləcək müharibə ehtimalını nəzərə alaraq, yeni müdafiə planı üzərində çalışır. Pentaqon soyuq müharibə dövründən sonra ilk dəfə Moskvaya cavab vermək üçün hərbi planlarını nəzərdən keçirir. Məlumata görə, ABŞ yeni müdafiə planında hibrid savaşına üstünlük verəcək. Bu kontekstdə Baltik regionunda kütləvi etirazlar və kiber hücumlarının baş verməsi üçün qeyri-qanuni hərbi birliklərdən istifadə ediləcək. Həmçinin vurğulanır ki, Rusiya Ukraynanın şərqində böhrana səbəb olmaqla, ABŞ-ı təhlükəsizlik sahəsində ciddi tədbirlər görməyə vadar edib. ABŞ da öz növbəsində Baltik ölkələrinə tank və ağır silahlar yerləşdirməyi planlaşdırır.


Story Code: 487476

News Link :
https://www.islamtimes.org/az/news/487476/abş-rusiya-ilə-müharibəyə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org