0
Sunday 27 September 2015 - 08:32

ABŞ Rusiya ilə müharibəyə hazırlaşır

Story Code : 487476
ABŞ Rusiya ilə müharibəyə hazırlaşır
Bu barədə məlumatı "Doyç Virtşafts Naxrixten" qəzeti yayıb. Bildirilir ki, ABŞ Rusiya ilə Baltik ölkələrində baş verə biləcək müharibə ehtimalını nəzərə alaraq, yeni müdafiə planı üzərində çalışır. Pentaqon soyuq müharibə dövründən sonra ilk dəfə Moskvaya cavab vermək üçün hərbi planlarını nəzərdən keçirir. Məlumata görə, ABŞ yeni müdafiə planında hibrid savaşına üstünlük verəcək. Bu kontekstdə Baltik regionunda kütləvi etirazlar və kiber hücumlarının baş verməsi üçün qeyri-qanuni hərbi birliklərdən istifadə ediləcək. Həmçinin vurğulanır ki, Rusiya Ukraynanın şərqində böhrana səbəb olmaqla, ABŞ-ı təhlükəsizlik sahəsində ciddi tədbirlər görməyə vadar edib. ABŞ da öz növbəsində Baltik ölkələrinə tank və ağır silahlar yerləşdirməyi planlaşdırır.
Comment