QR CodeQR Code

Braziliyanın ilk qadın prezidenti işə başldı

2 Jan 2011 21:34

IslamTimes - Braziliya tarixində ilk qadın prezident olan xanım Dilma Russef sabiq prezidentin yolunu davam etdirəcəyini bildirib


Ötən ilin oktyabr ayının sonunda Braziliyada keçirilmiş prezident seçkilərinin qalibi Dilma Russef ölkə tarixində ilk qadın dövlət başçısıdır.
Dünən Braziliya parlamentində onun təntənəli andiçmə mərasimi keçirilib.
İnauqurasiyadan əvvəl Russefi Brazilia şəhəri küçələrində prezident kortejinin keçdiyi yolun kənarına çıxmış 70 min vətəndaş salamlayıb.
Russef parlamentarlar qarşısında ilk nitqini söyləyib. O, ölkənin aztəminatlı vətəndaşlarını müdafiə etmək, amma bu zaman "hamının maraqlarını nəzərə alaraq dövləti idarə etmək"lə məşğul olacağını deyib.
O, 63 yaşlı sələfi İnasio Lula da Silvaya da minnətdarlıq edib.
Silva çox populyar olsa da, prezident postunda iki səlahiyyət müddəti çalışdığından seçkilərə qatılmamışdı.


Story Code: 48904

News Link :
https://www.islamtimes.org/az/news/48904/braziliyanın-ilk-qadın-prezidenti-işə-başldı

Islam Times
  https://www.islamtimes.org