QR CodeQR Code

BMT: “Yəməndə münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb”

13 Oct 2015 10:56

IslamTimes - Yəməndə hökumət qüvvələri və üsyançı husilər arasında silahlı münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb.


Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayında avqustla müqayisədə qiymət artımı 28% təşkil edib. Ölkədə münaqişə başlanandan etibarən isə qida məhsullarının qiyməti ümumilikdə 45% artıb.
Yəməndə həmçinin kəskin yanacaq qıtlığı müşahidə edilir: “Sentyabrda Yəmənə Qırmızı dəniz vasitəsilə ölkəyə tələb olunan yanacağın cəmi 1%-i idxal edilib. Müqayisə üçün, avqust ayında bu rəqəm 12-yə bərabər idi”, deyə S.Düjarrik bildirib. /apa/


Story Code: 490775

News Link :
https://www.islamtimes.org/az/news/490775/bmt-yəməndə-münaqişə-başlanandan-qida-məhsullarının-qiyməti-45-artıb

Islam Times
  https://www.islamtimes.org