0
Tuesday 13 October 2015 - 10:56

BMT: “Yəməndə münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb”

Story Code : 490775
BMT: “Yəməndə münaqişə başlanandan qida məhsullarının qiyməti 45% artıb”
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, bu ilin sentyabr ayında avqustla müqayisədə qiymət artımı 28% təşkil edib. Ölkədə münaqişə başlanandan etibarən isə qida məhsullarının qiyməti ümumilikdə 45% artıb.
Yəməndə həmçinin kəskin yanacaq qıtlığı müşahidə edilir: “Sentyabrda Yəmənə Qırmızı dəniz vasitəsilə ölkəyə tələb olunan yanacağın cəmi 1%-i idxal edilib. Müqayisə üçün, avqust ayında bu rəqəm 12-yə bərabər idi”, deyə S.Düjarrik bildirib. /apa/
Comment