QR CodeQR Code

Terminator vəzifəsindən azad edildi

6 Jan 2011 10:06

IslamTimes - Arnold Şvartsneqer yeni valiyə böyük borc miras qoyub


ABŞ-ın Kaliforniya ştatının valisi, tanınmış aktyor Arnold Şvartsneqer vəzifəsini Demokrat Partiyasından olan Cerroli Brauna təhvil verib.
2003-cü ildən bəri iki müddətdir bu vəzifəni icra edən Şvartsneqer 72 yaşlı yeni valinin andiçmə mərasimində iştirak edib. "Terminator" filmi ilə məşhurlaşan aktyorun bundan sonra ətraf mühitlə bağlı fəaliyyətlərdə iştirak edəcəyi və ya siyasətə dönə biləcəyi bildirilir.
Şvartsneqer yeni valiyə böyük borc yükü buraxaraq getməsi səbəbilə ağır tənqidlərə məruz qalıb. Kaliforniyada artan işsizlik və səhiyyə sistemi ilə yanaşı "Hollivud"un problemlərinin həlli də yeni valini gözləyir. /TRT/


Story Code: 49340

News Link :
https://www.islamtimes.org/az/news/49340/terminator-vəzifəsindən-azad-edildi

Islam Times
  https://www.islamtimes.org