0
Thursday 6 January 2011 - 10:06

Terminator vəzifəsindən azad edildi

Story Code : 49340
Arnold Schwarzenegger
Arnold Schwarzenegger
ABŞ-ın Kaliforniya ştatının valisi, tanınmış aktyor Arnold Şvartsneqer vəzifəsini Demokrat Partiyasından olan Cerroli Brauna təhvil verib.
2003-cü ildən bəri iki müddətdir bu vəzifəni icra edən Şvartsneqer 72 yaşlı yeni valinin andiçmə mərasimində iştirak edib. "Terminator" filmi ilə məşhurlaşan aktyorun bundan sonra ətraf mühitlə bağlı fəaliyyətlərdə iştirak edəcəyi və ya siyasətə dönə biləcəyi bildirilir.
Şvartsneqer yeni valiyə böyük borc yükü buraxaraq getməsi səbəbilə ağır tənqidlərə məruz qalıb. Kaliforniyada artan işsizlik və səhiyyə sistemi ilə yanaşı "Hollivud"un problemlərinin həlli də yeni valini gözləyir. /TRT/
Comment