QR CodeQR Code

Liviyada yarım il ərzində 1539 dinc sakin ölüb

6 Nov 2015 13:19

IslamTimes - Bunu Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Fatu Bensuda bəyan edib.


Onun sözlərinə görə, dinc sakinlərin öldürülməsi faktlarının əksəriyyəti İŞİD və  ona yaxın qruplaşmalarla bağlıdır. “Hesabat dövründə ümumilikdə 634 ayrı-ayrı insident zamanı 1539 ölüm faktı qeydə alınıb. 2015-ci ildə ölənlərin sayı aybaay artıb. Dinc sakinlər arasında hər ay ölənlərin sayı 60 nəfərdən az olmayıb”, deyə F.Bensuda bildirib. BMT-də çıxış edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru bildirib ki, altı ay ərzində Liviyada 37 minalanmış avtomobil partladılıb. Partlayışların 26-sı  İŞİD qruplaşmasının terrorçu-kamikadzeləri tərəfindən törədilib. Bundan əlavə, qruplaşma tərəfindən kütləvi şəkildə insanların girov götürülməsi halları qeydə alınıb. Onların əksəriyyətinin müxtəlif səbəblərdən qətlə yetirildiyi bildirilir. /apa/


Story Code: 495987

News Link :
https://www.islamtimes.org/az/news/495987/liviyada-yarım-il-ərzində-1539-dinc-sakin-ölüb

Islam Times
  https://www.islamtimes.org