QR CodeQR Code

Daily Mail: "İŞİD lideri Türkiyədə müalicə alıb"

11 Dec 2015 00:06

IslamTimes - İngiltərənin Daily Mail qəzeti İraq hərbi hava qüvvələrinin oktyabr ayında həyata keçirdiyi bir əməliyyatda yaralanan İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin qaçaq yolla Türkiyəyə aparıldığını və orada müalicə edildiyini yazıb.


Daily Mail qəzeti dünənki sayında İraq və Suriyada İŞİD liderinin axtarıldığını və İŞİD-in zəiflədilməyə başladığı vaxt təşkilat liderinin Türkiyədən təhlükəsiz sığınacaq sayılan və kimsənin ağlına gəlməyən Liviyaya köçürüldüyünü bildirib. Xəbərdə Əbu Bəkr Əl-Bağdadinin Liviyada İŞİD-in tabeliyində olan terror qruplarının nəzarəti altındakı Sirt şəhərində yer altında ciddi şəkildə qorunan bir məkanda yaşadığını yazıb. Əlcəzairin Şuruk qəzeti də keçən cümə günü İŞİD lideri Bağdadinin Liviyanın Sirt şəhərinə gizli və sürpriz bir şəkildə çatdırılğını ifadə edən məlumatlar yazmışdır. Xəbərdə Bağdadi ilə birlikdə Nigeriyada olan və son olaraq İŞİD-ə bağlılığını bildirən Boko-Haram terror təşkilatının lideri Əbu Bəkr Əl-Şikavinin də Sirt şəhərinə çatdığını ifadə edib. /Deyerler/


Story Code: 504185

News Link :
https://www.islamtimes.org/az/news/504185/daily-mail-işid-lideri-türkiyədə-müalicə-alıb

Islam Times
  https://www.islamtimes.org