0
Friday 11 December 2015 - 00:06

Daily Mail: "İŞİD lideri Türkiyədə müalicə alıb"

Story Code : 504185
Daily Mail: "İŞİD lideri Türkiyədə müalicə alıb"
Daily Mail qəzeti dünənki sayında İraq və Suriyada İŞİD liderinin axtarıldığını və İŞİD-in zəiflədilməyə başladığı vaxt təşkilat liderinin Türkiyədən təhlükəsiz sığınacaq sayılan və kimsənin ağlına gəlməyən Liviyaya köçürüldüyünü bildirib. Xəbərdə Əbu Bəkr Əl-Bağdadinin Liviyada İŞİD-in tabeliyində olan terror qruplarının nəzarəti altındakı Sirt şəhərində yer altında ciddi şəkildə qorunan bir məkanda yaşadığını yazıb. Əlcəzairin Şuruk qəzeti də keçən cümə günü İŞİD lideri Bağdadinin Liviyanın Sirt şəhərinə gizli və sürpriz bir şəkildə çatdırılğını ifadə edən məlumatlar yazmışdır. Xəbərdə Bağdadi ilə birlikdə Nigeriyada olan və son olaraq İŞİD-ə bağlılığını bildirən Boko-Haram terror təşkilatının lideri Əbu Bəkr Əl-Şikavinin də Sirt şəhərinə çatdığını ifadə edib. /Deyerler/
Comment