QR CodeQR Code

İsrail rejimi Fələstinin qaçqın düşərgəsinə hücum edib 2 fələstinli gənci qətlə yetirdi

Deyerler , 16 Dec 2015 15:54

İslamtimes - Sionist İsrail qüvvələrinin Qüdsün şimalındakı Kalendiya qaçqın düşərgəsinə təşkil etdiyi basqın və axtarış vaxtı əsgərlərlə fələstinli gənclər arasında qarşıdurma yaranıb.


Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi açıqlama verərək, qarşıdurma zamanı sionist İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli gəncin öldürüldüyünü bildirib.

Açıqlamada, qarşıdurma zamanı yaralanan 4 nəfərin Ramallahdakı Fələstin Tibbi Mərkəzinə çatdırıldığı və bir fələstinlinin əməliyyata alındığı qeyd olunub.

Fələstin Qızıl Aypara Cəmiyyəti də açıqlama verərək, Qırmızı Aypara briqadalarının Kalendiya və Əd-Dəhişə qaçqın düşərgələrindəki münaqişələrdə 3-ü həqiqi, 7-si plastik güllə ilə xəsarət alan 10 nəfərə tibbi yardım edildiyini, 54 nəfərin isə əsgərlərin istifadə etdiyi göz yaşardıcı qazdan təsirləndiyi bildirilib.


Story Code: 505612

News Link :
https://www.islamtimes.org/az/news/505612/israil-rejimi-fələstinin-qaçqın-düşərgəsinə-hücum-edib-2-fələstinli-gənci-qətlə-yetirdi

Islam Times
  https://www.islamtimes.org