0
Wednesday 16 December 2015 - 15:54

İsrail rejimi Fələstinin qaçqın düşərgəsinə hücum edib 2 fələstinli gənci qətlə yetirdi

Story Code : 505612
İsrail rejimi Fələstinin qaçqın düşərgəsinə hücum edib 2 fələstinli gənci qətlə yetirdi
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi açıqlama verərək, qarşıdurma zamanı sionist İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli gəncin öldürüldüyünü bildirib.

Açıqlamada, qarşıdurma zamanı yaralanan 4 nəfərin Ramallahdakı Fələstin Tibbi Mərkəzinə çatdırıldığı və bir fələstinlinin əməliyyata alındığı qeyd olunub.

Fələstin Qızıl Aypara Cəmiyyəti də açıqlama verərək, Qırmızı Aypara briqadalarının Kalendiya və Əd-Dəhişə qaçqın düşərgələrindəki münaqişələrdə 3-ü həqiqi, 7-si plastik güllə ilə xəsarət alan 10 nəfərə tibbi yardım edildiyini, 54 nəfərin isə əsgərlərin istifadə etdiyi göz yaşardıcı qazdan təsirləndiyi bildirilib.
Source : Deyerler
Comment