QR CodeQR Code

ABŞ pilotsuzları İranın əlinə keçdi

17 Jan 2011 09:31

IslamTimes - Sepah ABŞ-ın pilotsuz təyyarələrini İran hava sərhəddi ətrafında vurub


Silahlı Qüvvələrinin Qərargah rəisinin müavini general Qulaməli Rəşid bildirib ki, Fars körfəzi üzərində vurulmuş iki pilotsuz xarici kəşfiyyat təyyarələrini Sepah-ın hava hücumundan müdafiə qüvvələri vurub. Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat verir.
Rəşid əlavə edib ki, hazırda vurulmuş pilotsuz təyyarələr bizdədir.
Fars xəbər agentliyinin məlumatında bildirilir ki, yaxın günlərdə vurulmuş həmin pilotsuz təyyarələr KİV nümayəndələrinə nümayiş olunacaq.
Yanvarın əvvəlində İranın «İslam inqilabının keşikçiləri» korpusunun HHQ-nin başçısı Əli Hacızadə Fars körfəzi üzərində ABŞ-ın 2 pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu bildirib.


Story Code: 50780

News Link :
https://www.islamtimes.org/az/news/50780/abş-pilotsuzları-iranın-əlinə-keçdi

Islam Times
  https://www.islamtimes.org