0
Monday 17 January 2011 - 09:31

ABŞ pilotsuzları İranın əlinə keçdi

Story Code : 50780
ABŞ pilotsuzları İranın əlinə keçdi
ABŞ pilotsuzları İranın əlinə keçdi
Silahlı Qüvvələrinin Qərargah rəisinin müavini general Qulaməli Rəşid bildirib ki, Fars körfəzi üzərində vurulmuş iki pilotsuz xarici kəşfiyyat təyyarələrini Sepah-ın hava hücumundan müdafiə qüvvələri vurub. Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat verir.
Rəşid əlavə edib ki, hazırda vurulmuş pilotsuz təyyarələr bizdədir.
Fars xəbər agentliyinin məlumatında bildirilir ki, yaxın günlərdə vurulmuş həmin pilotsuz təyyarələr KİV nümayəndələrinə nümayiş olunacaq.
Yanvarın əvvəlində İranın «İslam inqilabının keşikçiləri» korpusunun HHQ-nin başçısı Əli Hacızadə Fars körfəzi üzərində ABŞ-ın 2 pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu bildirib.
Comment