QR CodeQR Code

Nigeriyanın ədliyyə naziri Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün müraciət edib

Deyerler , 11 Jan 2016 14:04

Islamtimes - Nigeriyanın ədliyyə naziri və baş prokuroru Əbubəkr Malami Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması ilə bağlı müraciəti rəsmiləşdirmək üçün İslam Məsələləri üzrə Ali Şurasından xahiş edib.


Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Nigeriya Ədliyyə Nazirliyinin mətbuat katibi Salihu İsah keçən həftə verdiyi açıqlamasında, ölkə prezidenti Məhəmməd Saad Əbubakarın həbsdə olanların azadlığa buraxılması üçün edilən tələblərlə bağlı ədliyyə naziri Malamiyə bir sıra tövsiyәlәr verdiyini bildirmişdir.

"Mən baş verənlərin dinc yolla həllinə nail oluna biləcəyini görmək üçün qanun çərçivəsində əlimdən gələni etməyə hazıram. Sizin tələblərinizi rəsmiləşdiriləcəyi təqdirdə, mən də ona görə, müvafiq instansiyalara müraciət edəcəyəm", - deyə Malami bildirib.

Malami Nigeriya ordusunun Zariyada İslam Hərəkatına qarşı hücumunu kədərli və təəssüfedici hal kimi dəyərləndirib. O, hadisə baş verən gün tərəflər arasında baş verənlərin dəqiq araşdırılması üçün ölkə prezidentinin rəhbərliyi altında komissiyanın yaradıldığını qeyd edib.


Story Code: 511705

News Link :
https://www.islamtimes.org/az/news/511705/nigeriyanın-ədliyyə-naziri-şeyx-zəkzəkinin-azadlığa-buraxılması-üçün-müraciət-edib

Islam Times
  https://www.islamtimes.org