QR CodeQR Code

Terri Cons Britaniyaya buraxılmadı

20 Jan 2011 09:24

IslamTimes - Böyük Britaniya Quranı yandırmaq istəyən amerikalı keşişi ölkəyə buraxmayıb


Böyük Britaniya hakimiyyəti amerikalı keşiş Terri Consun ölkəyə girişinə icazə verməyib. Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb. Terri Cons bir neçə ay əvvəl 2001-ci il 11 sentyabr hadisələri ilə əlaqədar olaraq Müqəddəs Quranı yandırmaq istəyirdi.
«Hökumət ekstremizmin bütün formalarına qarşıdır, ona görə də biz keşiş Terri Consa Birləşmiş Krallığın ərazisinə daxil olmağa icazə vermədik. Keşiş Consun çoxsaylı ifadələri yolverilməz davranış nümunələridir», deyə DİN nümayəndəsi bildirib.
Consu Britaniyaya «İngiltərə bizimdir» antimühacir qrupu dəvət edib.


Story Code: 51201

News Link :
https://www.islamtimes.org/az/news/51201/terri-cons-britaniyaya-buraxılmadı

Islam Times
  https://www.islamtimes.org