QR CodeQR Code

Amerika telekanalı küveyti işğal etməyə çağırıb

23 Jan 2011 00:00

IslamTimes - Amerikanın "FoxNews" telekanalı neftin qiymətinin qalxması bəhanəsi ilə Küveytə soxularaq, bu ölkəni zəbt etməyə çağırıb.


Amerikanın “FoxNews” telekanalı neftin qiymətinin qalxması bəhanəsi ilə Küveytə soxularaq, bu ölkəni zəbt etməyə çağırıb. Bu telekanalın aparıcısı Sin Haniti neftin qiymətinin qalxmasına reaksiya verərək növbəti sual verib: “Nəyə görə, Küveyt bu ölkənin azad olmasına cavab olaraq, ABŞ-ı neftlə təmin etmir və nəyə görə, azadlığına görə, Amerika ailələrinə pul ödəmir?”.

Küveytin keçmiş neft nazirinin bəyanatı ilə bağlı Haniti əlavə edib: “Deyəsən Küveytin neft nazirinin yaddaşı zəifləyib. Biz Küveytə soxularaq, 90-cı illərdə İraq işğalından azad olunması uğrunda itirdiyimiz itkilərin əvəzini ödəmək hüququmuz var”.

Qeyd edək ki, Küveytin keçmiş neft naziri bəyan edib ki, dünya iqtisadiyyatı neftin qiyməti bareli 100 dollar olsa da belə keçinə bilər. /SizinYol/


Story Code: 51562

News Link :
https://www.islamtimes.org/az/news/51562/amerika-telekanalı-küveyti-işğal-etməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org