QR CodeQR Code

Nigeriyada şeyx Zəkzəkiyə dəstək olmaq üçün yürüş keçirildi

Deyerler , 31 Jan 2016 00:59

İslamtimes - Nigeriyada Şəriflərin Gənc Üzvləri - Müqəddəs Məhəmməd peyğəmbərin (s) nəslindən olanlar şeyx Zəkzəki və ardıcıllarının dərhal qeyd-şərtsiz azad edilməsi üçün etiraz yürüşü təşkil ediblər.


Deyerler.org Nigeriya İslam Hərəkatının sosial şəbəkədəki səhifəsinə istinadən xəbər verir ki, gənc nümayişçilər şeyx İbrahim Zəkzəkinin fotolarını əllərində qaldıraraq, "Şeyx Zəkzəkini azadlığa buraxın!" şüarını səsləndiriblər.

Nümayişçilər həmçinin ordunun təcavüzkar hücumu zamanı şəhid olan valideynləri və yaxınlarının cəsədlərinin onlara təhvil verilməsini tələb ediblər.

Qeyd edək ki, şeyx Zəkzəki Nigeriya ordusu tərəfindən dekabrın 13-də evinə təşkil olunan hücumdan etibarən həbsdədir. Şeyx Zəkzəki 6 və xanımı Zinət İbrahim isə 2 güllə yarası ilə həbs olunmuşdur. Nigeriya ordusunun təşkil etdiyi hücumlarda 1000-dən artıq insan şəhid olmuşdur. Dünyanın müxtəlif yerlərində Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə nümayişlər keçirilir.


Story Code: 516760

News Link :
https://www.islamtimes.org/az/news/516760/nigeriyada-şeyx-zəkzəkiyə-dəstək-olmaq-üçün-yürüş-keçirildi

Islam Times
  https://www.islamtimes.org