QR CodeQR Code

Əlcəzairdə gərginlik

23 Jan 2011 21:42

IslamTimes - Əlcəzairdə hökumətin toplaşmaq hüququnun qadağan edilməsi qərarına qarşı çıxan vətəndaşlar etiraz akisyalarına başlayıb. Nəticədə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb


Polis etirazçıları rezin dəyənəklərlə döyüb. Hadisə nəticəsində 40 nəfərin yaralandığı bildirilir. Mədəniyyət və Demokratiya Birliyi müxalifət partiyası qərargahında aksiya iştirakçıları Tunis bayrağı ilə Əlcəzair bayrağını yanbayan qoyaraq partiyanın eyvanında dalğalandırıblar. Polis helikopter və avtombillərin köməyindən istifadə edərək müxalifətçilərin binasının çıxışının qarşısını kəsərək onlara binadan çıxmağa imkan verməyib.
Sabiq prezidentliyə namizəd Səid Sadi binanın eyvanından əhali qarşısında çıxış edib. Aksiya iştirakçılarından 9 nəfər saxlanılıb. Partiya lideri Atman Məzuz isə polis tərəfindən vurulan rezin dəyənək nəticəsində yaralanıb. /İslam-Azeri/


Story Code: 51677

News Link :
https://www.islamtimes.org/az/news/51677/əlcəzairdə-gərginlik

Islam Times
  https://www.islamtimes.org