QR CodeQR Code

Putin Kissincerlə görüşəcək

Apa , 3 Feb 2016 14:40

Islamtimes - Rusiya prezidenti Vladimir Putin bu gün ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşəcək.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gün Moskvada prezident Putinlə Henri Kissincer arasında görüş olacaq. Bilirsiniz ki, Putinlə Kissinceri uzunmüddətli dostluq münasibətləri bağlayır. Onlar daim əlaqədədir. Putin gündəmdə olan dünya siyasəti məsələləri və gələcəkdə vəziyyətin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq imkanına çox yüksək qiymət verir”, - deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.


Story Code: 517854

News Link :
https://www.islamtimes.org/az/news/517854/putin-kissincerlə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org