QR CodeQR Code

Türkiyə Avropa Birliyində aşağılandı

28 Jan 2011 12:52

IslamTimes - Türkiyənin ayağına yazılan 278 şikayətdən böyük bir hissəsi 90-cı illərdə ünvanlanmış şikayətlərdir


İRNA-nın müxbiri Ankaradan xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsinin - AİHM sədri Jan-Pol Kosta ötən gün bir mətbuat konfransında 2010-cu ildə Türkiyənin bu məhkəmədə 278 dəfə mühakimə olunmaqla birinci yeri tutduğunu açıqlayıb. İkinci yerdə Rusiya (217), üçüncü yerdə Rumıniya (143) dayanır. Avropa ölkələri arasında İtaliya öndə gedir.
Türkiyənin ayağına yazılan 278 şikayətdən böyük bir hissəsi 90-cı illərdə ünvanlanmış şikayətlərdir. Amma Türkiyənin bu siyahıda lider səviyyəsinə qaldırılması təsadüfi deyil. Bu ölkənin AB-nin bir addımlığında dayanması çoxlarını qorxudur və hər vasitə ilə Ankarının AB-yə qatılmasını əngəlləyirlər. /HaqqYolu/


Story Code: 52246

News Link :
https://www.islamtimes.org/az/news/52246/türkiyə-avropa-birliyində-aşağılandı

Islam Times
  https://www.islamtimes.org