QR CodeQR Code

Ayətullah Sistani döyüşlərin qırmızı xəttini təyin edib

Islamazeri , 29 May 2016 18:09

İslamtimes - Kərbəlanın İmam cüməsi İraqın nüfuzlu təqlid mərcələrindən olan Ayətullah Sistaninin ölkədə gedən döyüşlərin qırmızı xəttini təyin etdiyini açqılayıb


İslamazeri.az-ın "Əl Aləm"-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Sistaninin nümayəndəsi olan Seyid Əhməd Safi Kərbəlada keçirilən cümə namazı xütbələrində bu mövzuya toxunub.
"Bu günlərdə ölkənin müxtəlif hərbi qüvvələri terrorçularla mübarizədədir. Döyüşlər zamanı dinc sakinlərin canını qorumağın xüsusi əhəmmiyyəti vardır. Günahsız insanların həyatını xilas etmək, terrorçulara hücum etməkdən daha mühümdür. Bu qırmızı xəttimizdir.", - deyə Seyid Əhməd Safi bildirib.

Qeyd edək ki, İraq ordusu və könüllüləri Fəllucədə mülkü vətəndaşların müdafiəsi istiqamətində tədbirlərini davam etdirir və hücum əmıliyyatlarını bu məsələyə görə tənzimləyir.

Xatırladaq ki, Ayətullah Seyid Sistani Fəllucə əməliyyatlarına qatılanlara təmsilçisi vasitəsilə tövsiyə bəyanatı yaymışdı


Story Code: 541994

News Link :
https://www.islamtimes.org/az/news/541994/ayətullah-sistani-döyüşlərin-qırmızı-xəttini-təyin-edib

Islam Times
  https://www.islamtimes.org