0
Sunday 29 May 2016 - 18:09

Ayətullah Sistani döyüşlərin qırmızı xəttini təyin edib

Story Code : 541994
Ayətullah Sistani döyüşlərin qırmızı xəttini təyin edib
İslamazeri.az-ın "Əl Aləm"-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Sistaninin nümayəndəsi olan Seyid Əhməd Safi Kərbəlada keçirilən cümə namazı xütbələrində bu mövzuya toxunub.
"Bu günlərdə ölkənin müxtəlif hərbi qüvvələri terrorçularla mübarizədədir. Döyüşlər zamanı dinc sakinlərin canını qorumağın xüsusi əhəmmiyyəti vardır. Günahsız insanların həyatını xilas etmək, terrorçulara hücum etməkdən daha mühümdür. Bu qırmızı xəttimizdir.", - deyə Seyid Əhməd Safi bildirib.

Qeyd edək ki, İraq ordusu və könüllüləri Fəllucədə mülkü vətəndaşların müdafiəsi istiqamətində tədbirlərini davam etdirir və hücum əmıliyyatlarını bu məsələyə görə tənzimləyir.

Xatırladaq ki, Ayətullah Seyid Sistani Fəllucə əməliyyatlarına qatılanlara təmsilçisi vasitəsilə tövsiyə bəyanatı yaymışdı
Source : Islamazeri
Comment