QR CodeQR Code

Obama qəzəblənib

11 Feb 2011 14:02

IslamTimes - Obama Misir prezidentinin istefaya getməməsindən qəzəblənib


ABŞ prezidenti Barak Obama bildirib ki, Misir prezidenti Hüsnü Mübarəkin istefaya getməyərək səlahiyyətlərinin bir hissəsini Ömər Süleymana verməsi ölkədə demokratik dəyişikliklər etmək üçün kifayət deyil, - “Gazeta” xəbər verir.

“Axşam saatlarında Misir xalqına bildirildi ki, hakimiyyətin təhvil verilməsi həyata keçirilib. Lakin hələ də məlum deyil ki, bu məqsədəuyğun, ikili məna güdməyən bir qərar idi, ya yox”, - deyə Obama vurğulayıb. Onun sözlərinə görə, əskər misirlilər Mübarəkin demokratiyaya keçid niyyətində olmasına şübhə ilə yanaşır.

“Misir hakimiyyəti ikili məna daşımayan, əminedici və real addımlar atmalıdır. Lakin indiyə qədər onlar bu imkanlardan istifadə etməyib. Misirin gələcəyi xalq tərəfindən müəyyən ediləcək”, - deyə Obama vurğulayıb. /Deyerler/


Story Code: 54314

News Link :
https://www.islamtimes.org/az/news/54314/obama-qəzəblənib

Islam Times
  https://www.islamtimes.org