0
Friday 11 February 2011 - 14:02

Obama qəzəblənib

Story Code : 54314
Obama qəzəblənib
Obama qəzəblənib
ABŞ prezidenti Barak Obama bildirib ki, Misir prezidenti Hüsnü Mübarəkin istefaya getməyərək səlahiyyətlərinin bir hissəsini Ömər Süleymana verməsi ölkədə demokratik dəyişikliklər etmək üçün kifayət deyil, - “Gazeta” xəbər verir.

“Axşam saatlarında Misir xalqına bildirildi ki, hakimiyyətin təhvil verilməsi həyata keçirilib. Lakin hələ də məlum deyil ki, bu məqsədəuyğun, ikili məna güdməyən bir qərar idi, ya yox”, - deyə Obama vurğulayıb. Onun sözlərinə görə, əskər misirlilər Mübarəkin demokratiyaya keçid niyyətində olmasına şübhə ilə yanaşır.

“Misir hakimiyyəti ikili məna daşımayan, əminedici və real addımlar atmalıdır. Lakin indiyə qədər onlar bu imkanlardan istifadə etməyib. Misirin gələcəyi xalq tərəfindən müəyyən ediləcək”, - deyə Obama vurğulayıb. /Deyerler/

Comment