QR CodeQR Code

Mübarək komada

14 Feb 2011 12:18

IslamTimes - Misirin 18 gün ardıcıl davam edən nümayişlərdən sonra devrilmiş prezidenti Hüsnü Mübarəkin səhhəti getdikcə pisləşir


Onun vəziyyətinin ağır olduğu deyilir. Misirin adının açıqlanmasını istəməyən bir rəsmisi deyib ki, prezident son çıxışı öncəsi qəflətən özündən gedib. Məhz telekanalla sonuncu çıxışı da buna görə gecikib. Ordunun Mübarəkə çox təzyiq etməməsinin səbəblərindən də biri deyilənlərə görə, onun səhhətindəki problemlərlə bağlıymış. "Əl-Vasat" qəzetinin yazdığına görə, keçmiş diktator komaya düşüb. Ölkənin "Əl-Youm" qəzeti isə yazır ki, Hüsnü Mübarəkin səhhəti kəskin pisləşdiyindən onu Almaniyaya aparıblar. Onun Almaniyanın Baden şəhərində xəstəxanada müalicə olunduğu iddia olunur.
Qeyd edək ki, hakimiyyətdən devrilən prezidentin ailəsi ilə birlikdə Şarm Əl-Şeyx şəhərində olduğu deyilirdi. /Deyerler/


Story Code: 54717

News Link :
https://www.islamtimes.org/az/news/54717/mübarək-komada

Islam Times
  https://www.islamtimes.org