QR CodeQR Code

Hizbullah: Bu bir daha terrorçuların alçaqlığını sübut etdi

Islamazeri , 4 Jul 2016 03:42

İslamtimes - Livanın “Hizbullah” təşkilatı İraqda baş verən güclü partlayışla bağlı bəyanat yayıb


İslamazeri.az-ın “Əl Mənar”-a istinadən verdiyi xəbərə əsasən, təşkilat, İraqın əl-Kəradə bölgəsində baş verən və 300 nəfərdən çox insanın ölüm və yaralanma ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.

Hadisədə dünyasını dəyişənlərlə bağlı İraq xalqına, təqlid mərcələri və dövlət rəsmilərinə başsalığı verən “Hizbullah” bildirib: “Bu hadisə, terrorla mübarizə aparan və azad olan insanların birləşməsi üçün yeni bir səbəbdir. Döyüş meydanında məğlub olan terrorçular, dinc sakinlərdən intiqam alırlar. Bu məsələ onların alçaqlığının göstəricisidir. Onlar bu addımları ilə, dəyərlərdən uzaq olduqlarını sübuta yetirirlər.”

Qeyd edək ki, əl-Kəradə bölgəsində baş verən hadisədə 167 nəfər ölü, 200 nəfər isə yaralı qeydə alınıb.


Story Code: 550697

News Link :
https://www.islamtimes.org/az/news/550697/hizbullah-bu-bir-daha-terrorçuların-alçaqlığını-sübut-etdi

Islam Times
  https://www.islamtimes.org