QR CodeQR Code

Bakıda mobil qiyam günü

18 Feb 2011 07:55

IslamTimes - Son günlər bir sıra müsəlmanlar ölkələrindəki çaxnaşmalar Azərbaycana da təsirsiz ötüşməyib. Həm hakimiyyətin sistemsiz reaksiyaları və həm də müxalif düşərgənin gözləniləndən də artıq stimullaşması belə deməyə əsas yaradır


Artıq müxalifət qüvvələrində bir canlanma da müşahidə olunmaqdadır. Yeni birliklər yaradılır. Əsas hadisə isə bağlı qapılar arxasında baş verməkdədir. Məlumat verərək bildirmişdik ki, artıq icazəsiz aksiyaların keçirilməsi üçün də bir hərəkətlənmə var. Və bu barədə ilkin razılaşmalar əldə olunub.
Bu gün isə sözügedən istiqamətdən yeni xəbərlər almışıq. PİA.AZ-a daxil olan məlumatlara görə, müxalifət qüvvələri artıq mitinq gününü təyin ediblər: «Hazırlıqlar yenə də məxfi qaydada həyata keçirilir, müxalifətin çox inanılmış adamları bu barədə məlumatlı olduğundan və aksiyanın icazəsiz olması səbəbindən 1000-1500 nəfərin iştirakı planlaşdırılır».
Mitinqin keçiriləcəyi günlə bağlı məlumat verən mötəbər mənbəmiz bildirir ki, yaxın həftələrin şənbə günlərinin birində baş tutacaq mitinq şəhərin mərkəzinə planlaşdırılır.


Story Code: 55323

News Link :
https://www.islamtimes.org/az/news/55323/bakıda-mobil-qiyam-günü

Islam Times
  https://www.islamtimes.org