QR CodeQR Code

Qəzzafinin oğlundan xalqa xəbərdarlıq, - "qan gölü"

22 Feb 2011 11:47

IslamTimes - "Əgər xalq bu gün müzakirə yolunu seçməsə, ölkədə minlərlə insan öldürüləcək və Liviya qan gölünə çevriləcək."


"IslamTimes" verdiyi məlumata əsasən, Müəmmər Qəzzafinin oğlu Seyful-İslam Qəzzafi televiziya proqramlarından biri vasitəsi ilə deyib:
"Liviyada həssas günlər yaşanır. Əgər xalq bu gün müzakirə yolunu seçməsə, artıq 84 nəfərə əzadarlıq edilməyəcək. Əmin olun ki, ölkədə minlərlə insan öldürüləcək və Liviya qan gölünə çevriləcək."
O həmçinin müxalifəti ölkədə qarşıdurma yaratmaqda ittiham edərək xalqdan qiyama son qoymağı istəyib. Seyful-İslam Qəzzafi qiyamın yatırılması ilə bağlı çıxışının ardınca müxaliflərlə müzakirə və region dövlətlərində sabitlik yaradılmasını istəyib. Qəzzafi dövlətin qanlarının son damlasınadək müxaliflərə vuruşacağını bildirib.


Story Code: 55815

News Link :
https://www.islamtimes.org/az/news/55815/qəzzafinin-oğlundan-xalqa-xəbərdarlıq-qan-gölü

Islam Times
  https://www.islamtimes.org