QR CodeQR Code

Suriya ordusu Hələbdə strateji əhəmiyyət kəsb edən yüksəklikləri azad etdi

Deyerler , 10 Aug 2016 13:26

Islamtimes - Suriyanın Silahlı Qüvvələri Livanın aparıcı Hizbullah təşkilatının dəstəyi ilə Hələb vilayətində irəliləməyə davam edir.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, hökumət qüvvələri bu dəfə Tell-Snoubarat yüksəkliyini terrorçulardan azad etməyə müvəffəq olub. Bununla Suriya ordusu terrorçuların Hələbin qərb rayonlarına daxil olmalarının qarşısını alıb. Eyni zamanda artilleriya terrorçuların mövqelərini atəşə tutur və yaraqlıların şəhərlərə yaxınlaşmalarına imkan vermir.

Bundan başqa Suriyanın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr terrorçuların avtomobil kolonlarına aviazərbələr endirir. Bu raket zərbələri nəticəsində xeyli sayda terrorçu məhv edilib. Eyni zamanda 36 ədəd hərbi texnika sıradan çıxarılıb.


Story Code: 559500

News Link :
https://www.islamtimes.org/az/news/559500/suriya-ordusu-hələbdə-strateji-əhəmiyyət-kəsb-edən-yüksəklikləri-azad-etdi

Islam Times
  https://www.islamtimes.org