QR CodeQR Code

Bəhreyn rejimi Əhli-Beyt (ə) ardıcıllarına yenə cümə namazı qılmağa mane oldu

Deyerler , 20 Aug 2016 15:16

İslamtimes - Bəhreyndə Ali Xəlifə rejimi Əhli-Beyt (ə) ardıcıllarına yenə cümə namazı qılmağa mane olub.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Bəhreyn rejiminin təhlükəsizlik qüvvələri zorakılıq və təzyiq siyasətinin davamı olaraq, 5-ci həftədir ki, paytaxt Manamanın Əd-Diraz rayonunda cümə namazının qılınmasına mane olur.

Əl-Aləm televiziyasının verdiyi xəbərə əsasən, rejim qüvvələri Əd Diraz rayonunda cümə namazına bu həftə də əngəl törətməsi xalqının ciddi etirazlarına səbəb olub.

Nümayişçilər ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasıma dəstəklərini bir daha bəyan ediblər.

Rejimin təhlükəsizlik qüvvələri Əd-Diraz bölgəsinin ətrafında güclü təhlükəsizlik tədbirləri həyata keçirir.


Story Code: 561846

News Link :
https://www.islamtimes.org/az/news/561846/bəhreyn-rejimi-əhli-beyt-ə-ardıcıllarına-yenə-cümə-namazı-qılmağa-mane-oldu

Islam Times
  https://www.islamtimes.org