QR CodeQR Code

Liviyada daha iki rayon İŞİD-in işğalından azad edildi

Deyerler , 22 Aug 2016 18:17

Islamtimes - Liviyada İŞİD-ə qarşı aparılan əməliyyat çərçivəsində, Sirte şəhərinin daha iki rayonu İŞİD-in işğalından azad edilib.


Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, Liviyada Milli Razılıq Hökumətinin (UMH) tabeliyindəki ordu qüvvələrinin İŞİD-ə qarşı həyata keçirdiyi "Əl-Bunyan Əl-Mərsus" əməliyyatı çərçivəsində, Sirtenin Ən-Naka və Əş-Şabiyyə terrorçularından təmizlənib.

"Əl-Bunyan Əl-Mərsus" əməliyyatının sözçüsü Məhəmməd Əl-Qasri işğaldan azad edilən rayonların Sirtenin şimalındakı 1-ci və 3-cü məhəllələr arasında yerləşdirdiyini deyib.

İŞİD üzvlərinin 3-cü məhəllə istiqamətində geri çəkildiyini deyən Qasri, qarşıdurmaların olduğu məhəllələrdə 10-dan çox İŞİD üzvünün cəsədinə rast gəldiklərini bildirib.

Qasri şəhərdə İŞİD nəzarətində təkcə 3-cü məhəllə ilə 1-ci məhəllənin şərq hissəsinin qaldığını deyib.


Story Code: 562359

News Link :
https://www.islamtimes.org/az/news/562359/liviyada-daha-iki-rayon-işid-in-işğalından-azad-edildi

Islam Times
  https://www.islamtimes.org