QR CodeQR Code

İraq ordusu Mosulun yaxınlığındakı Əl-Kayyara qəsəbəsini mühasirəyə aldı

Deyerler , 23 Aug 2016 15:28

Islamtimes - İraq ordusu İŞİD-in işğalı altında olan Mosulun cənubundakı Əl-Kayyara qəsəbəsini mühasirəyə alıb.


Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, İraq ordusunda rəsmisi polkovnik Əmin Şeyhani belə bir açıqlama verib: "Kayyara qəsəbəsi qüvvələrimiz tərəfindən tamamilə mühasirəyə alındı ​​və qəsəbə mərkəzindəki İŞİD hədəfləri ağır silahlarla vurulur".

O, qəsəbə mərkəzinə gedən bütün yolların təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına aldığını bildirib. Polkovnik qəsəbədəki yaraqlıların başqa bir əraziyə qaçmalarının qeyri-mümkün olduğunu vurğulayıb.

Mosulun şəhər mərkəzindən təxminən 60 kilometr məsafədə yerləşən qəsəbənin mühasirəsi üçün ətrafındakı təxminən 20 kənd mərhələli bir şəkildə fərqli tarixlərdə işğaldan azad edilib.

"Qəsəbənin mühasirəyə alınmasından sonra, mərkəzə gedən iki əsas yol İraq ordusu tərəfindən nəzarət altına alındı", - deyə o bildirib.


Story Code: 562604

News Link :
https://www.islamtimes.org/az/news/562604/iraq-ordusu-mosulun-yaxınlığındakı-əl-kayyara-qəsəbəsini-mühasirəyə-aldı

Islam Times
  https://www.islamtimes.org